Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.

"KİA" markalı avtomobilin vurduğu piyada, 1995-ci il təvəllüdlü R.Tağıyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.