Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevi avtomobil vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.