Almaniya Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəyinə tam dəstək verir.
"Sizinxeber.az" “The Guardian”a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts bildirib.
"Biz Ukraynanı Aİ-yə üzvlük yolunda tam dəstəkləyirik", - F.Merts vurğulayıb.
Kanslerin sözlərinə görə, Kiyev güclü beynəlxalq tərəfdaşlara, o cümlədən Almaniyaya güvənə bilər.
Bundan əlavə, F.Merts Berlinin iki ölkə arasında müdafiə-sənaye əməkdaşlığını yeni səviyyəyə yüksəltmək planları barədə məlumat verib.