Astara sakini ağacdan yıxılaraq ölüb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ovala kəndində baş verib. Ağkörpü kənd sakini 1970-ci il təvəllüdlü Surxay Abdullayev ağac budamaq üçün qonşu Ovala kəndinə gedib. Budama işləri görərkən oradan yıxılıb. S.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.