May ayının ən yaxşı smartfonları açıqlandı
"AnTuTu" etalonunun tərtibatçıları smartfonlardan istifadəçi məmnuniyyətinin may ayı reytinqini tərtib ediblər.
Valyuta.az xəbər verir ki, birinci yeri yenidən 95,65% müsbət rəylərə malik olan qatlana bilən "Vivo X Fold3 Pro" tutub.
İkinci yerdə ötənilki "Samsung Galaxy S23 Ultra" (95,3%), üçüncü yerdə isə iQOO 12 Pro (95%) qərarlaşıb.
İlk onluğa həmçinin 95% məmnunluq reytinqi ilə "Honor X50 GT", "Samsung Galaxy S24+" (94,78%), "Honor Magic6 Ultimate Edition" (94,29%), "Oppo Find X7 Ultra" (93,93%), "Samsung Galaxy S24 Ultra" (93,87%), "Samsung Galaxy S23" (93,56%) və "Realme GT Neo6 SE" (91,72%) daxildir.
"AnTuTu" nümayəndələri qeyd edirlər ki, cihazların istifadəçi reytinqləri onların faktiki performansı və smartfonların etalonda qiymətləndirilməsi ilə heç bir əlaqəsi yoxdur, çünki bu reytinq sahiblərin rəyləri əsasında tərtib edilib. Araşdırma mayın 1-dən 31-dək Çində Android smartfon istifadəçiləri arasında aparılıb.
Oxşar xəbərlər
Hər qadının maraqlarına uyğun - 8 MART HƏDİYYƏ SEÇİMLƏRİ
"Android 15"in beta versiyası bu smartfonlarda əlçatan olacaq
Windows 11 istifadəçilərini itirməkdə davam edir: Bəs niyə?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
