Azərbaycanda uçotda olan telekommunikasiya operatorlarının və provayderlərinin sayı 163-ə çatıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2024
11:30
0
0
1 006

Azərbaycanda uçotda olan telekommunikasiya operatorlarının və provayderlərinin sayı 163-ə çatıb

24 iy, 2024
11:30
1 006

Azərbaycanda uçotda olan telekommunikasiya operatorlarının və provayderlərinin sayı 163-ə çatıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ümumilikdə 6 yeni telekommunikasiya operatorunu və provayderini uçota alıb.

“Report” bu barədə agentliyə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, “Proksi fiber” və “Avirtel” MMC-lərin uçotu onların müraciətləri əsasında - operator və internet provayder kimi fəaliyyətlərini dayandırmaları səbəbindən ləğv edilib. Son nəticədə uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Bizimlə əlaqə saxlayın