Nazir müavini: "Radio yayımında təkmilləşdirmə işləri yaxın aylarda tam yekunlaşdırılacaq"
Azərbaycanın radioyayım şəbəkəsində aparılan təkmilləşdirmə işlərinin yaxın aylarda tam yekunlaşdırılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkə Prezidentinin radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında 24 iyul 2023-cü il tarixli sərəncamının icra vəziyyəti ilə bağlı brifinqdə deyib.
"Təkmilləşdirmə işləri nəticəsində milli radioların yayımının bütün ölkədə təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyi verilməsi mühüm məqamlardan biridir. Bu layihə çərçivəsində həm də yeni texnologiyaların tətbiqi nəzərdə tutulub. Qurulmaqda olan radio data sistemi sayəsində hərəkətdə olan nəqliyyat vasitələri bir bölgədən bigərinin ərazisinə keçdikdə tezliyin avtomatik tənzimlənməsi baş verəcək. Bu isə indiyə qədər mövcud olan tezliklərin dəyişməsi, radio siqnalların itməsi kimi problemi aradan qaldırmış olacaq. Görülən işlər nəticəsində nəzərdə tutulan stansiyaların böyük əksəriyyətində avadanlıqlar qurulub. Hazırda sınaq və texniki tənzimləmə işləri aparılır",- deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda nəqliyyat vasitəsi bölgədən bölgəyə keçdikdə radio tezlik avtomatik tənzimlənəcək
Azərbaycanda yeni radio yayımı üçün müsabiqə elan olunub
Audiovizual Şura iki radio ilə bağlı qərar qəbul edib
Metroda gediş haqqını bu nazirlik təsdiqləyəcək
Metroda qiymət artımı gözlənilirmi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












