Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 21 % azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 21 % azalıb


Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 252 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 21 % azdır.

Kibertəhdidlərin 143-ü daxili araşdırma, 109-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 259,925 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 230 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 56 min 792 zərərverici tərkibli elektron sənəd blok edilib.

Oxşar xəbərlər

Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar dəyişdi
Baş nazirdən qazilərlə bağlı mühüm QƏRAR
DTX-nin səlahiyyətləri artırıldı - Qərar
Daşınmaz əmlakla bağlı Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər