Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində sosial layihə qəbulu davam edir
Azercell qadınların ictimai həyatda fəallığının artırılmasına töhfə vermək məqsədilə həyata keçirdiyi sosial layihə müsabiqəsinin müraciət tarixini uzadır. Qeyri-hökumət və qeyri-kommersiya təşkilatları layihə təkliflərini 24.09.2024-cü il tarixinədək qeyd olunmuş link üzərindən göndərə bilər.
Müsabiqə çərçivəsində iki qalib layihə seçiləcək və hər birinin həyata keçirilməsi üçün 5.000 AZN qrant ayrılacaq.*
Xatırladaq ki, müsabiqənin məqsədi qadınların cəmiyyətdə mövqeyinin yaxşılaşdırılmasına, həmçinin maddi-mənəvi rifahının artırılmasına dəstək olmaqdır.
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:
- Müxtəlif istiqamətlər üzrə qadınların bilik və bacarıqlarının təkmilləşdirilməsi;
- Qadınlara sahibkarlıq və biznes fəaliyyətinə dair praktiki biliklərin aşılanması;
- Texnoloji və innovativ sahədə qadınlarda yeni bacarıqların formalaşdırılması;
- Qadınların hüquq və maliyyə savadlılığının artırılması;
- Qadınlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi.
Ətraflı məlumat üçün: Azercell “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”na start verir!
Qeyd edək ki, layihə təklifi Azərbaycan dilində göndərilməlidir. Müraciətə layihənin həyata keçirilməsi üçün tələb olunan büdcənin detallı açıqlamasının əlavə edilməsi xahiş olunur.
“Azercell Telekom” MMC bütün iştirakçılara uğurlar arzu edir!
* Qrantın məbləği münsiflər heyətinin layihə dəyərləndirməsindən asılı olaraq müəyyənləşdirilmiş məbləğdən yuxarı və ya aşağı ola bilər.
Oxşar xəbərlər
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri açıqlanıb
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
