AzInTelecom”un yeni data mərkəzlərinə “TIER 3 Design” sertifikatı verilib
- 31-07-2024, 09:50
- İKT
- 0
- 1 139
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən Azərbaycanda iki yeni data mərkəzinin tikintisi ilə bağlı hazırlıq işlərinə start verilib. Tikiləcək data mərkəzləri üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəxalq keyfiyyət standartlarını müəyyən edən “TİER 3 Design” sertifikatı alınıb.
Bu barədə “Sizinxeber.az-Economics”ə Rərəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, ABŞ-nin “Uptime Institute” təşkilatı tərəfindən verilən sertifikat etibarlı məlumat mübadiləsi, dayanıqlılıq və fasiləsiz xidmət baxımından beynəlxalq nüfuzlu sertifikat hesab olunur.
“AzInTelecom” MMC Cənubi Qafqaz regionunda “TIER 3” sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus, Bakı və Yevlaxda yerləşən mövcud data mərkəzlərinin hər ikisi üçün “TIER 3” və “TIER 3 Design” sertifikatları alınıb. Bu günədək 115 dövlət qurumu öz informasiya sistemlərini həmin data mərkəzlərinə tam və ya qismən miqrasiya edib.
Ölkədə etibarlı “bulud” xidmətləri üzrə artan tələbat, dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsallaşması, emal olunan məlumatların çoxluğu yeni data mərkəzlərinin tikintisinə zərurət yaradıb. Bu məqsədlə “AzInTelecom” MMC tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə 150-yə yaxın dövlət qurumu ilə müzakirələr aparılıb. Məlumat sorğusu əsasında növbəti 10 il üçün tələbat müəyyən edilib və konsepsiya sənədi hazırlanıb.
Abşeron və Hacıqabul rayonlarında tikiləcək yeni data mərkəzlərinin Azərbaycanda rəqəmsallaşma prosesinə mühüm töhfə verəcəyi gözlənilir. Hazırkı data mərkəzlərində olduğu kimi, yeni data mərkəzlərində də kritik infrastruktur sistemləri xüsusi rejimdə rezervlənəcək, aktiv avadanlıqlar yüksək səviyyədə soyutma boru kəmərləri ilə təmin olunacaq. Nəticə etibarilə avadanlıqlara texniki baxış və təmir zamanı da xidmətin fasiləsizliyi təmin ediləcək. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması və enerji paylaşdırıcı avadanlıqlar sayəsində mərkəzlər ekoloji baxımdan ətraf mühitə yüksək həssaslıqla fəaliyyət göstərəcək.
Qeyd edək ki, yeni data mərkəzlərinin qurulması rəqəmsal dövlət xidmətlərinin göstərilməsi və təşkilinin yaxşılaşdırılmasına, qurumlar üçün ayrı-ayrı “bulud” infrastrukturunun alınması və saxlanılmasına sərf olunacaq xərclərə qənaət edilməsinə, ölkənin rəqəmsallaşma ilə bağlı beynəlxalq reytinqinin yüksəldilməsinə, qurumlararası məlumat mübadiləsinə və böyükhəcmli məlumatların təhlilinə təkan verəcək.


width="220" alt="“AzInTelecom”un yeni data mərkəzlərinə “TIER 3 Design” sertifikatı verilib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />