SİMA-nın yeni "Videozəng" həlli istifadəyə verilib
- 26-07-2024, 15:00
- İKT
- 0
- 1 421
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının yeni “Videozəng” həlli istifadəyə verilib.
“AzInTelecom”dan “APA-Economics”ə verilən məlumata görə, tərəfdaşlara SİMA KYC məhsulunun tərkib hissəsi kimi təqdim olunan həll bankların və digər maliyyə qurumlarının bazarda formalaşdırdığı təlabat əsasında hazırlanıb.
Videozəng həlli müştərilər və maliyyə qurumları arasında təhlükəsiz videozənglər təmin edən videogörüş proqramıdır. Yeni müştərilər üçün məsafədən hesab açılması prosesini xeyli sadələşdirən proqram Mərkəzi Bankın tələb və qaydalarına tam şəkildə uyğundur. SİMA-nın biometriya texnologiyası sayəsində Videozəng həlli bir neçə formada canlılıq testi aparır. Bu isə həm şəxsin eyniləşdirilməsini aparır, həm də zəngin tam qaydalar çərçivəsində olduğunu müəyyən edir. Güclü iki faktorlu təsdiqləmə nəticəsində saxtakarlıq və dələduzluq hallarının qarşısı alınır.
Qeyd edək ki, SİMA-nın Videozəng həlli banklara məsafədən hesab açılması əməliyyatlarını qanunvericiliyə tam uyğun şəkildə tamamlamaq imkanı verir. Müştərilər tərəfindən fiziki olaraq filiala getməyə ehtiyac qalmır. “Videozəng” ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.


width="220" alt="SİMA-nın yeni "Videozəng" həlli istifadəyə verildi" />
width="220" alt="ABB debet kartlarını SİMA KYC ilə onlayn sifariş et" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />