2023-cü ilin ən pis oyunlarının adları açıqlanıb
Jurnalistlərin və istifadəçilərin qiymətləndirmə aqreqatoru “Metacritic” 2023-cü ilin ən pis oyunlarının adlarını açıqlayıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, oyunların siyahısı xidmətin saytında dərc edilib.
İlk üçlüyə peşəkar tənqidçi-jurnalistlərin və ya bloqerlərin ən azı yeddi bal verdikləri başlıqlar daxildir. İlin ən aşağı reytinqli oyunu müəlliflərin “Üzüklərin hökmdarı”na ən pis uyğunlaşdırma adlandırdıqları “The Lord of the Rings: Gollum” olub. Məqalədə qeyd olunur ki, icmalçılar oyunla bağlı ən çox “darıxdırıcı” və “yorucu” sözlərindən istifadə ediblər. Oyuna 34 xal verilib.
35 xalla ikinci yerdə “Duke Nukem Forever” vaxtından bəri ən mənasız sikvel olan “Flashback 2” oyunu qərarlaşıb. Üçüncü yerdə 38 xalla yadplanetlilərin işğalı ilə bağlı “Greyhill Incident” stels-horror oyunu qərarlaşıb.
İlk onluğa, həmçinin “Quantum Error”, “Testament: The Order of High-Human”, “Crime Boss: Rockay City”, “Hellboy: Web of Wyrd”, “Gangs of Sherwood”, “Loop8: Summer of Gods, Gargoyles Remastered” oyunları daxildir.
2022-ci ilin dekabrında “Metacritic” müəllifləri 30 xal toplayan “Postal 4: No Regerts” oyununu ən pis oyun adlandırıblar. İkinci və üçüncü yerlərdə 38 və 41 xalla müvafiq olaraq “CrossfireX və Babylon's Fall” oyunları qərarlaşıb.
BAKU.WSOxşar xəbərlər
"Mançester Yunayted" Karlo Ançelottiyə təklif göndərib
Azərbaycan millisinin futzalçısı: “Niderlandda qələbə qazanacağıq”
“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: “Oyun heç-heçə başa çata bilərdi”
"Neftçi" - "Zenit" oyunu barədə yeni məlumat
Azərbaycanda sosial şəbəkələrə maraq azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












