Sabah havanın temperaturu 27 dərəcəyə çatacaq
sizinxeber.az xəbər saytı

Sabah havanın temperaturu 27 dərəcəyə çatacaq


Aprelin 7-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Sizinxeber.az-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraiti

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim cənub-şərq küləyi əsəcək.

Temperatur və rütubət

Havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti

Aprelin 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Oxşar xəbərlər

Sabah bəzi yerlərə dolu düşəcək
Sabah bəzi yerlərdə duman olacaq
Sabah hava yağmurlu olacaq
Sabah şimşək çaxacaq, dolu düşəcək
Sabah Bakıda 26, rayonlarda 30 dərəcə isti olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər