Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq rayonlarda qar yağıb
sizinxeber.az xəbər saytı

Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq rayonlarda qar yağıb


Milli Hidrometeorologiya Xidmətinin fevralın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Xidmətdən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Yağan qarın hündürlüyü Lerikdə 62 sm, Qrızda 19 sm, Yardımlı 17 sm, Kəlbəcərdə 10 sm, Şuşada 8 sm, Laçın, Xaltanda 7 sm, Zaqatala (Əlibəy) 6 sm, Xınalıqda 4 sm, Tovuz, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Ceyrançöl, Şəki, eyni zamanda Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 1 sm qeydə alınıb.

Ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü külək səhər saatlarından 10-15 m/s-dək zəifləyib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qəbələ, Zaqatala, Şamaxı, Ağstafa, Lerik, Göygöldə duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 14-19 dərəcə şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Lerikdə qarın hündürlüyü 79 sm-ə çatıb - Faktiki hava
Dağlıq rayonlara qar yağır - Faktiki hava
Abşeron yarımadası və bəzi dağlıq rayonlara qar yağır - FAKTİKİ HAVA
Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış intensivləşib - FAKTİKİ HAVA - YENİLƏNİB
Sulu qar, qar yağır, külək güclənib - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər