Qısamüddətli yağış yağacaq, külək əsəcək
sizinxeber.az xəbər saytı

Qısamüddətli yağış yağacaq, külək əsəcək


Yanvarın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.

Oxşar xəbərlər

Sabah Bakıda 26, rayonlarda 30 dərəcə isti olacaq
Sabah hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq
Sabah arabir yağış yağacaq, külək əsəcək
Sabah Bakıda gecə və səhər bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Sabah 33 dərəcə isti olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər