Hava yağmursuz keçəcək, duman olacaq
Dekabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Oxşar xəbərlər
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
Noyabrın ilk gününün HAVA PROQNOZU
Sabah külək əsəcək, arabir duman olacaq - PROQNOZ
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
Sabahın hava proqnozu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













