Bakıda külək güclənib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda külək güclənib - YENİLƏNİB


Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib.

Xidmətdən APA-ya verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır.

Noyabrın 04-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.

***

saat 13.00

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.

Xidmətdən APA-ya verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir.

Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Noyabrın 04-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Oxşar xəbərlər

Bakıda günün ikinci yarısından küləyin arabir güclənəcəyi gözlənilir
Bakıda və Abşeronda külək güclənib - YENİLƏNİB
Külək güclənib - FAKTİKİ HAVA - YENİLƏNİB
Arabir yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA
Günün ikinci yarısından sonra Bakıda və Abşeronda külək güclənəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər