sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda günün ikinci yarısından küləyin arabir güclənəcəyi gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.
Xidmətdən Sizinxeber.az-ya verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir.
Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Noyabrın 04-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.
Oxşar xəbərlər
Günün ikinci yarısından sonra Bakıda və Abşeronda külək güclənəcək
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
Külək güclənəcək - XƏBƏRDARLIQ
Arabir yağış yağıb, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA
Yağış günün ikinci yarısından tədricən kəsəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













