Bazar günü gözlənilən hava proqnozu açıqlanıb
sizinxeber.az xəbər saytı

Bazar günü gözlənilən hava proqnozu açıqlanıb


Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometrologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 m civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Oxşar xəbərlər

Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - PROQNOZ
Sabah paytaxtda hava yağmursuz olacaq, bölgələrdə leysan yağacaq - PROQNOZ
Sabah Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
Sabah yağış yağacaq, dağlıq ərazilərdə dolu düşəcək - PROQNOZ
Avqustun ilk günü paytaxtda 32, bölgələrdə 35 dərəcə isti olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər