Hava ilə bağlı əhaliyə daha bir XƏBƏRDARLIQ EDİLDİ
Milli Hidrometeorologiya Xidməti tərəfindən iyulun 27-si səhərdən 29-u səhərədək ölkə ərazisinin əksər bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Trend xəbər verir ki, xidmət rəisi Nazim Mahmudov sarı və narıncı xəbərdarlıqla bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:
“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”.
Xidmət rəisi bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yarada biləcəyi sel təhlükəsi ilə bağlı da əhalini ehtiyatlı olmağa, çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə dayanmağa, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyə, eyni zamanda hava haqqında verilən məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirməyə çağırıb.
Oxşar xəbərlər
Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü küləklə bağlı daha bir xəbərdarlıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qeyri-sabit hava ilə bağlı nazirlikdən xəbərdarlıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Küləkli hava şəraiti ilə bağlı növbəti dəfə sarı xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












