Sumqayıtda yataqxanada yanğın olub, 12 nəfər təxliyə edilib
sizinxeber.az xəbər saytı

Sumqayıtda yataqxanada yanğın olub, 12 nəfər təxliyə edilib


Sumqayıtda yataqxana binasında yanğın olub.

"Sizinxeber.az"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 42-ci məhəlləsində yerləşən yataqxana binasında qeydə alınıb.

İlkin məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Təhlükəsizlik məqsədilə 12 nəfər təxliyə edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Oxşar xəbərlər

Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib
Sumqayıtda yataqxanada partlayış olub - YENİLƏNİB
Sumqayıtda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib - YENİLƏNİB
Sumqayıtda yanğınla nəticələnən partlayış baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər