Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb
sizinxeber.az xəbər saytı

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb


Nəsimi rayonunda saxlanılan şəxslərdən 72 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 156 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 2 min ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Oxşar xəbərlər

Bakıda keçirilən əməliyyatlar nəticəsində 27 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
Bakıda 12 kiloqram narkotik aşkarlanıb
Abşeronda saxlanılan 2 nəfərdən 5 kiloqram narkotik vasitə aşkarlanıb
Bakıda 11 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
Sumqayıtda 34 kiloqramdan artıq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər