Bakıda 12 kiloqram narkotik aşkarlanıb
Bakıda keçirilən əməliyyat zamanı 32 yaşlı Ülvi Rüstəmli narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində onun üzərindən 4 kiloqram marixuana, heroin, tiryək və 100 ədəd güclü təsiredici xassəyə malik tramadol həbi aşkarlanıb.
İdarənin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatla 29 yaşlı Təbriz Ağayev də saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan hər iki şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından aldıqlarını və maddi qazanc müqabilində əvvəlcədən təyin olunmuş yerlərdən götürüb ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 4 kiloqram marixuana aşkarlanıb
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb
Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb
İran vətəndaşlarından narkotik əldə edərək satmaqada şübhəli bilinən qadın və kişi saxlanılıb
Bakıda külli miqdarda heroin və tiryək aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













