sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhmədlə bağlı daha bir İDDİA - YENİLƏNİB - VİDEO
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, bu iddialar həqiqəti əks etdirmir:
“İddialar araşdırılıb və təsdiqini tapmayıb. Həmin şəxslə əlaqə saxlanılıb və o, bildirib ki, onu kiməsə oxşadıb, əsaslı olaraq sübut təqdim etməyib”.
*** 14:50
Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir.
Həmin iddialardan bir neçəsi “Space” TV-nin efirində yayımlanan “Gəl, danış” verilişində səsləndirilib.
Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib:
“4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni boğmağa başladı. Mən yarım saat huşsuz vəziyyətdə qaldım. Həmin vaxt o, mənim cibimdəki pulları və telefonumu da götürmüşdü. O zaman Əhmədin 19-20 yaşları olardı. Yanında da başqa bir oğlan vardı”.
Qeyd edək ki, bundan əvvəl Ə.Əhmədovun qeyri-qanuni əməlləri ilə bağlı bir neçə iddia yayılıb.
Daha ətraflı videoda:
BAKU.WS
VİDEO
Oxşar xəbərlər
Əhməd Əhmədovun öldürdüyü deyilən qadın onun doğma bacısı olmayıb? - VİDEO
Əhməd haqqında daha bir iddia: “Oğluma “beşbarmaq”la zərbə endirib, sonra 18 bıçaq xəsarəti yetirib” - VİDEO
Ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov doqquz aydan sonra azadlığa çıxacaq? - VİDEO
Ailə üzvlərini baltalamaqda şübhəli bilinən Əhmədin VİDEOSU
Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













