Türkiyəyə uçmalı olan təyyarə Bakı aeroportunda ləngiyib - ŞİKAYƏT/VİDEO
Bakı aeroportunda “Türk Hava Yolları”na məxsus təyyarə naməlum səbəbdən uçuşu həyata keçirməyib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, sərnişinlər səhər saat 5:45-dən təyyarədə gözləyiblər, sonra onlara uçuşa icazə verilmədiyi deyilib:
"Saat 5:45-dən təyyarədə gözləmişik. Sonra bizə dedilər ki, uçuşa icazə yoxdur. Təyyarədə nasazlıq olduğu bildirildi. İndi bizə deyirlər ki, gedin evinizə axşam 9-un yarısı gələrsiz".
Yaranmış vəziyyətlə bağlı “Türk Hava Yolları”nın əməkdaşları ilə sərnişinlər arasında gərginlik yaşanıb.
Məsələ ilə bağlı “Türk Hava Yolları” ilə əlaqə saxladıq. Qeyd olundu ki, uçuşların təxirə salınması zamanı bu barədə sərnişinlərə öncədən məlumat verilir.
Oxşar xəbərlər
KİV: Nepalda qəzaya uğrayan təyyarədə texniki heyət olub - YENİLƏNİB
Naxçıvan aeroportunda ciddi sərnişin sıxlığı müşahidə edilir
Braziliyada qəzaya uğrayan təyyarəyə 10 sərnişin minməyib - “O, həyatımı xilas etdi”
Nepalda təyyarə qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB-2
Avtobus sürücüsü ilə sərnişinlər arasında "siqaret mübahisəsi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












