Bakıda transformator YANIB - VİDEO
Ötən gecə paytaxtın Binəqədi rayonu, Zəngəzur küçəsində yerləşən transformatorda partlayışla müşahidə edilən yanğın baş verib.
Bu barədə məlumat Sizinxeber.az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, baş verən alışma son 1 həftədə 2-ci belə haldır:
"Müvəqqəti təmir edilsə də, dünən yenə partlayış oldu, daha sonra isə yanmağa başladı. Sakinlər qorxu içində küçələrə çıxmışdı. Üstəlik transformator yaşayış evlərinə və marketə çox yaxın ərazidə yerləşir. Bu da təhlükəni daha da artırır".
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sizinxeber.az-in sorğusuna cavab olaraq bildirildi ki, Bakı şəhərinin Binəqədi rayonunda gücü 630 kvA olan transformatorun yanar hissələri və 30 p.m giriş-çıxış kabeli yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda ev yanıb, xəsarət alan var
Zabratda 800 kvadrat metr ərazi yanıb
Hacıqabulda avtomobil yanıb
Xətai rayonunda restoranda yanğın baş verib
Bakıda ticarət mərkəzində yanğın olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












