Yolu səhv salan sürücü prospektdə maşınların üzərinə sürdü - FOTO
Bakıda yol hərəkəti qaydalarına əməl etməyən sürücü kameraya düşüb.
BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə iyulun 30-da, saat 19:30-da paytaxtın 8 Noyabr prospektində baş verib.
Belə ki, 90-NO-743 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü Ramiz Quliyev küçəsindən 8 Noyabr prospektinə daxil olan zaman yol nişanının tələbini pozub. O, Zığ şosesi istiqamətinə getmək üçün ikinci ayırıcı zolağa daxil olmaq əvəzinə, birinci ayırıcı zolağa dönüb. Fotoşəkildən də aydın şəkildə görünür ki, sürücü birtərəfli yolun tam əksinə çıxaraq axına qarşı hərəkət edib.
Qeyd edək ki, bu xətaya görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.
Oxşar xəbərlər
Toy karvanında avtoxuliqanlıq edən şəxs qəza törətdi - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Toy karvanında avtoxuliqanlıq edən şəxs qəza törətdi - Araşdırmalara başlanıldı - YENİLƏNİB/VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yolun hərəkət hissəsinin kənarında 2-ci və sonrakı cərgələrdə dayanan avtomobillərin sürücüləri cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avtobus sürücüsü ilə sərnişinlər arasında "siqaret mübahisəsi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sürücülərin NƏZƏRİNƏ! Sabah saat 00:00-dan iyulun 30-u saat 00:00-a qədər... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi














