Bakıda müğənninin ölümdən döndüyü avtoqəza ilə bağlı RƏSMİ AÇIQLAMA/ANBAAN VİDEO
İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sürücü H.Zahidov idarə etdiyi "Opel" markalı avtomobillə Ş.Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.
Hadisə nəticəsində avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan "Changan" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan bir nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.
Oxşar xəbərlər
Məşhur azərbaycanlı müğənni ölümdən son anda qurtuldu - ANBAAN VİDEO
Bakıda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
Bakıda aeroport şossesində zəncirvari yol qəzası baş verib - FOTO
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ
Bakıda avtomobil işıq dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













