Bazar günü külək güclənəcək, yağış yağacaq - PROQNOZ
sizinxeber.az xəbər saytı

Bazar günü külək güclənəcək, yağış yağacaq - PROQNOZ




Avqustun 11-i Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabah arabir yağış yağacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şənbə gününün hava proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bazar gününün havası açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah yağış yağacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər