Şənbə günü 35 dərəcə isti olacaq
sizinxeber.az xəbər saytı

Şənbə günü 35 dərəcə isti olacaq




İyulun 27-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi ərazilərə yağış yağacağı gözlənilir.
 
Bu barədə Sizinxeber.az-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhərdən arabir güclənəcək.
 
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 70-75 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.
Sizinxeber.az

Oxşar xəbərlər

Şənbə gününün hava proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah arabir yağış yağacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah yağış yağacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah bəzi yerlərdə yağış və qar yağacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bazar gününə olan hava proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər