Azərbaycan cüdoçuları Latviyada keçirilən Avropa çempionatında daha 2 medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan cüdoçuları Latviyada keçirilən Avropa çempionatında daha 2 medal qazanıb


Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatının üçüncü günündə daha 2 medal qazanıb.

"Report" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə turnirində yeganə qadın təmsilçi Zülfiyyə Hüseynova (F-6, 70 kq) bütün rəqiblərinə ipponla qalib gələrək Avropa çempionu olub.

M-1 yaş kateqoriyasında çıxış edən Samir İsmayılov (73 kq) isə üçüncü yeri tutaraq bürünc medal əldə edib. 

Daha əvvəl Fərhad Rəcəbli (M-8, 90 kq), Babək Hacıyev (M-4, 60 kq), Vaqif Kərimov (M-4, 73 kq), Emil Hüseynov (M-4, 100 kq) qızıl, Samir İsmayılov (M-3, 81 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda aktivində 7 medal (5 qızıl, 2 bürünc) olan yığma 37 ölkə arasında kişilərin mübarizəsində 4-cü, ümumi komanda sıralamasında isə 5-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar
Azərbaycanın veteran cüdoçuları dünya çempionatında 4 medal qazanıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycanın veteran cüdoçusu Avropa çempionatında qızıl medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər