Zeyd Döyüş Mərkəzi Belarusda MFP-nin 257-ci beynəlxalq turnirini təşkil edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
dek
2024
17:30

Zeyd Döyüş Mərkəzi Belarusda MFP-nin 257-ci beynəlxalq turnirini təşkil edib

05 dek, 2024
17:30
834

Zeyd Döyüş Mərkəzi Belarusda MFP-nin 257-ci beynəlxalq turnirini təşkil edib

Belarusun paytaxtı Minskdə Zeyd Döyüş Mərkəzinin təşkilatçılığı ve MFP-nin vitse-prezidenti Denis Xankanorakın təşəbbüsü ilə MFP-nin 257-ci beynəlxalq turniri təşkil edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu nüfuzlu yarışda müxtəlif ölkələrdən olan idmançılar çempionluq kəməri uğrunda mübarizə aparıblar.

Mükafatları ZFC-nin MDB ölkələri üzrə vitse-prezidenti, beynəlxalq dərəcəli cüdo ustası, sambo üzrə dünya çempionatının mükafatçısı Emil Məhərrəmov ve Olimpiya Oyunlarının qalibi, dünya çempionu, ikiqat Avropa çempionu, Rusiyanın əməkdar idman ustası, 91 kq-dan yuxarı çəki dərəcəsində I Avropa Oyunlarının qalibi, peşəkar döyüşçü kimi iki dəfə dünya çempionu tituluna namizəd olmuş Aleksandr Povetkin təqdim ediblər.

Həmçinin tədbirdə Azərbaycanın Belarusdakı səfirinin müşaviri Mahir Hacıyev və MMA üzrə peşəkar döyüşçü, Rusiya Universal Döyüş Federasiyasının prezidenti Sergey Xaritonov da fəxri qonaq qismində iştirak ediblər.

Bizimlə əlaqə saxlayın