Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclası keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclası keçirilib


Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclası keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, toplantıda Dünya Minifutbol Federaslyasına üzv olan bütün ölkələrin nümayəndələri iştirak edib.

İclası açıq elan edən Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda gündəlik barədə məlumat verib. O, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Mundialın gözlənildiyindən də yaxşı səviyyədə keçirilməsinə görə ölkə rəhbərliyinə və Azərbaycan Minifutbol Federasiyasına minnətdarlığını çatdıran təşkilat rəsmisi bundan sonra beynəlxalq yarışlara ev sahibi etmək istəyən ölkələrə Azərbaycanı nümünə kimi göstərəcəklərini ifadə edib.

Qeyd edək ki, Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclasında minifutbolla bağlı bir sıra mühüm məsələlərin müzakirəsi aparılaraq, bu idman növünün inkişafı üçün vacib qərarlar qəbul edilib. Tədbirdə həmçinin 2024-cü ilin yekunları, təşkilata yeni üzv ölkələrin qəbulu və minifutbolun gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Foto: Samirə Həsənova

Oxşar xəbərlər

Mavritaniya Minifutbol Federasiyasının prezidenti: "Bakıdakı mundialın təşkilatçılığı məni təəccübləndirdi"
Ukrayna Minifutbol Federasiyasının vitse-prezidenti: "Dünya çempionatının təşkilatçılığı yüksək səviyyədədir"
Polşa Minifutbol Federasiyasının prezidenti Bakıdakı qonaqpərvərliyə heyran qalıb
Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "Azərbaycanın dünya çempionatını ən gözəl şəkildə keçirəcəyi bəlli idi”
Azərbaycan Minifutbol Federasiyasının prezidenti: "İnanıram ki, millimiz dünya çempionatında layiqli çıxış edəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər