Mikayıl Cabbarov: “ABŞ ilə Azərbaycanın regional mərkəz kimi strateji mövqeyi müzakirə olunub” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2025
20:30
ff

Mikayıl Cabbarov: “ABŞ ilə Azərbaycanın regional mərkəz kimi strateji mövqeyi müzakirə olunub”

29 may, 2025
20:30
990

Mikayıl Cabbarov: “ABŞ ilə Azərbaycanın regional mərkəz kimi strateji mövqeyi müzakirə olunub”

Azərbaycan ABŞ ilə ölkənin Avropa və Mərkəzi Asiya dövlətləri arasında regional mərkəz kimi strateji mövqeyi müzakirə olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb. Bununla bağlı müzakirələr nazirin ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə keçirtdiyi görüşdə baş tutub. 

Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri müzakirə edilib.

"Azərbaycanın Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi, Orta Dəhliz layihəsinin perspektivləri, investisiya, enerji infrastruktur və sənaye sahələrində birgə təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov yazıb.

Bizimlə əlaqə saxlayın

×
×