Premyer Liqa: Sonuncu turun ilk oyununda "Sumqayıt" "Səbail"ə qalib gəlib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
21:30

Premyer Liqa: Sonuncu turun ilk oyununda "Sumqayıt" "Səbail"ə qalib gəlib

23 may, 2025
21:30
624

Premyer Liqa: Sonuncu turun ilk oyununda "Sumqayıt" "Səbail"ə qalib gəlib

Misli Premyer Liqasında sonuncu - XXXVI turunda "Sumqayıt" "Səbail"ə qalib gəlib.

"Report" xəbər verir ki, “ASCO Arena”dakı qarşılaşmada qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

Meydan sahiblərinin heyətində Suleyman Alluş (21) fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin qollarını isə Sərdar Taşkın (28), Giorgi Karaişvili (pen-59), Ronaldo Vaskes (79) və Roy Kehat (90+1) vurublar.

22 xalla sonuncu - onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Sumqayıt" 33 xalla səkkizincidir..

Bizimlə əlaqə saxlayın