Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb
sizinxeber.az xəbər saytı

Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb


Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final matçını keçirib.

"Sizinxeber.az"un Parisə ezam olunmuş əməkdaşının məlumatına görə, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşıb.

Görüş Özbəkistan boksçusunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, A.Dominqes gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb
Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi 1/4 finala yüksəlib
Paris-2024: Bu gün Azərbaycanın iki güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayacaq
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pilləyə yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər