Ukrayna Minifutbol Federasiyasının vitse-prezidenti: "Dünya çempionatının təşkilatçılığı yüksək səviyyədədir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
10:30

Ukrayna Minifutbol Federasiyasının vitse-prezidenti: "Dünya çempionatının təşkilatçılığı yüksək səviyyədədir"

27 may, 2025
10:30
406

Ukrayna Minifutbol Federasiyasının vitse-prezidenti: "Dünya çempionatının təşkilatçılığı yüksək səviyyədədir"

Ukrayna Minifutbol Federasiyasının vitse-prezidenti Denis Suxoruk Bakıda təşkil olunan dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Funksioner bu barədə "Report"a açıqlama verib.

O, yarışın çox yaxşı təşkil olunduğunu bildirib:

"Burada hər şey yüksək səviyyədədir. Bakıya ilk dəfədir gəlirəm. Məndə yalnız xoş xatirələr qalacaq. Müxtəlif ölkələri, insanları burada gördüyümüz üçün şadıq. Ölkə vətəndaşlarının bu mundiala cəlb edilməsi çox gözəldir. Şəhəri gəzirik, Bakıda turnirlə bağlı afişalar görürük".

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın