"Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb
sizinxeber.az xəbər saytı

"Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb


Bakıda 17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında keçirilən "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinə start verilib.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bildirilib ki, səkkiz ölkənin qatıldığı yarışın ilk günündə 19 döyüş baş tutub.

Bakı Boks Mərkəzində keçirilən turnirə Azərbaycan millisinin səkkiz idmançısı qələbə ilə başlayıb. Yığmamızın heyətində Nihad Məmmədli (48 kq) komanda yoldaşı Əlmurad Kərimliyə (5:0), Amid Ələkbərov (63 kq) İsmayıl Aslanlıya (3:2), Məhəmməd Rüstəmov (63 kq) Amin Həsənzadəyə (4:1) qalib gəlib.

İsmayıl Nəsirzadə (52 kq) Matvey Şumyakovu (Estoniya, 5:0), Mirtahir Əhmədli (52 kq) Jalqas Abdraşovu (Qazaxıstan, 4:1), Əli Camalzadə (57 kq) İslam Orucovu (Qazaxıstan, 4:1) İbrahim Bədəlli (57 kq) Abrorbek Tengelovu (Özbəkistan, 5:0), Zirəddin Rüstəmov (80 kq) isə Nurislam Amankeldini (Qazaxıstan, 3:2) məğlub edib.

Yarışın ikinci günündə 29 görüş olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır. 185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. "Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

Oxşar xəbərlər

Bakıda beynəlxalq boks turniri başlayıb, Azərbaycanın 6 təmsilçisi qələbə qazanıb
“Heydər Əliyev kuboku-2025”: Oğlanların yarışında yarımfinalçılar, qızlarda finalçılar bəlli olub
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəlib
Bakıda “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər