Anahita Bashiri: "Dünya Kubokunda qızıl medal qazanmağımızın əsas səbəbi bir-birimizə olan inamdır"
Azərbaycanın akrobatika gimnastlarının Belçikanın Puurs şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanmasının əsas səbəbi idmançıların bir-birilərinə inamı olub.
Bunu "Sizinxeber.az"a açıqlamasında akrobatika gimnastı Anahita Bashiri bildirib.
O, hazırlıq prosesinin uğurdakı rolunu vurğulayıb:
"Məşqçilərimizlə birlikdə çox işləyirdik. Sinxronluq tələb edən və digər hərəkətləri dəfələrlə təkrarlayır, davamlı məşq edirdik. Burada əsas olan bir-birimizə güvənimiz və inamımız idi. Finala yüksələn bütün komandalar güclü idi. Amma ən güclüləri İsrail və Portuqaliya təmsilçiləridir. Dünya Kubokunda qızıl medal qazanmaq bizim üçün böyük qürurdur. Azərbaycan bayrağını yüksəklərə qaldırmaq və Dünya Kubokunda qızıl medal qazanmaq unudulmaz bir hissdir".
Qeyd edək ki, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu Dünya Kubokunda 29.350 xal toplayaraq qalib adını qazanıb.
Oxşar xəbərlər
Anahita Bəşiri: "Dünya Kubokunda qızıl medal qazanmağımızın əsas səbəbi bir-birimizə olan inamdır"
Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
Dünya Kubokunda qızıl medal qazanan Azərbaycan gimnastı: "Los-Ancelesdə keçiriləcək olimpiadanın qalibi olmaq istəyirəm"
Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
UNESCO məşhur çimərliklə bağlı qərar qəbul etdi
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
