Seysmoloji Xidmət: Yaxın zamanlarda Azərbaycanda güclü zəlzələ gözlənilmir
sizinxeber.az xəbər saytı

Seysmoloji Xidmət: Yaxın zamanlarda Azərbaycanda güclü zəlzələ gözlənilmir


Yaxın zamanlarda Azərbaycanda güclü katastrofik zəlzələ gözlənilmir.

Bunu "Report"a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünyada, məsələn, Yaponiyada baş verən güclü zəlzələr Sakit okeanda olan piltələrin hərəkəti nəticəsində baş verir:

"Məsafə, geoloji və seysmotektonik səbəbdən Azərbaycana təsir edə və ya zəlzələ ocaqlarını oyada bilməz. Azərbaycan Ərəbistan və Avrasiya kontinental plitələrində yerləşir. Bizim bloklarda olan hərəkətlər o qədər güclü deyil. Tektonik qırılmalar zamanı baş verən hərəkətlər dağıntılara səbəb ola bilməz. Azəbaycanda hiss olunan zəlzələlər olur. Bunlar qorxulu deyil. Yaxın zamanlarda da Azərbaycanda güclü katastrofik zəlzələ gözlənilirmir".

Qeyd edək ki, avqust ayı ərzində beş zəlzələ qeydə alınıb. Onlardan ikisi Xəzər dənizində (3,2 və 4 maqnitudalı) baş verib. Daha üçü isə Göyçay (4), Tovuz (3,6), Tərtərdə (3,1) olub.

Oxşar xəbərlər

Azərbaycanda dağıdıcı zəlzələ ola bilər? - Açıqlama
Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA
Xəzərdə gün ərzində ikinci dəfə zəlzələ baş verib - YENİLƏNİB
Qurban Yetirmişli: Maqnitudası 7 olan zəlzələ ehtimalı yoxdur
Kamçatkada yarım saat ərzində ardıcıl dörd zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər