Altıncı "Yüksəliş" müsabiqəsinin ümumi biliklər üzrə ilk sınaq imtahanı keçirilib
Altıncı "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinə ümumi biliklər üzrə sınaq imtahanı ilə start verilib.
"Sizinxeber.az"un məlumatına görə, sınaq imtahanının keçirilməsində əsas məqsəd iştirakçıların imtahan sistemi, sual formatları və texniki proseslə əvvəlcədən tanış olmalarına şərait yaratmaq olub.
İmtahan "Azərbaycan bloku", "Dünya bloku", "İdarəetmənin əsasları" və "Müasir trendlər" istiqamətləri üzrə təşkil edilib. Hər blok üzrə iştirakçılara 25 sual təqdim olunub. İmtahan saat 11:00-da başlayıb və 90 dəqiqə davam edib. Sınaq imtahanına 6747 nəfər iştirakçı qoşulub.
Sınaq imtahanına qoşula bilməyən iştirakçıların diqqətinə çatdırırıq ki, imtahan başa çatdıqdan sonra 24 saat ərzində şəxsi kabinet vasitəsilə imtahan platformasına keçid edərək suallarla tanış olmaları tövsiyə olunur.
Qeyd edək ki, Ümumi biliklər üzrə əsas imtahan 2–3 may tarixlərində keçiriləcək. Əsas imtahanda minimum 60 bal toplayan iştirakçılar müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Ötən illərdən fərqli olaraq bu il onlayn mərhələnin Ümumi biliklər imtahanında bir sıra yeniliklər tətbiq edilib. Belə ki, hər blok üzrə təqdim olunan 25 sualın 15-i qapalı, 10-u isə açıq tipli suallardan ibarətdir. Açıq tipli sualların 6-sı seçim, 4-ü isə boşluq doldurma formatındadır. Qapalı suallar arasında audio formatında təqdim olunan suallar da yer alıb. Bundan əlavə, imtahan zamanı bloklarda suallar ardıcıl şəkildə cavablandırılır və bloklar daxilində əvvəlki suallara geri qayıtmaq mümkün olmur. Bu səbəbdən iştirakçıların hər sualı diqqətlə oxuyaraq cavablandırmaları vacibdir.
İmtahan günü iştirakçıların texniki suallarının operativ cavablandırılması məqsədilə "Yüksəliş" müsabiqəsi üzrə "1820" Çağrı Mərkəzi, sosial şəbəkə hesabları və [email protected] elektron poçt ünvanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Eyni zamanda, həm ölkədaxili, həm də ölkəxarici müraciətlərə operativ qaydada baxılaraq cavablandırılıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər
Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanı keçirilib
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək
Bu gün doktorantura və dissertantura səviyyəsində imtahan keçiriləcək
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
