BDU və İƏT-nin Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb
sizinxeber.az xəbər saytı

BDU və İƏT-nin Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb


Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə "Sizinxeber.az"a BDU-dan məlumat verilib.

Bildirilib ki, memorandumu BDU-nun rektoru Elçin Babayev və İƏT-nin Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov imzalayıblar.

İmzalanan memorandumun tərəflər arasında əməkdaşlığın inkişafına, xüsusilə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinə, birgə elmi-tədqiqat işlərinin, təlimlərin, konfransların və layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edilib.

BDU ilə əməkdaşlığın təhsil və əmək bazarı arasında körpü rolunu daha da gücləndirəcəyini, birgə tədqiqat, təlim və inkişaf proqramlarının həyata keçirilməsi üçün geniş imkanlar yaradacağını bildirilib.

Oxşar xəbərlər

İƏT-in Əmək Mərkəzi ilə BƏT-in Təlim Mərkəzi arasında əməkdaşlıq sənədi imzalanıb
BDU ilə İslamabad Fond Universiteti arasında anlaşma memorandumu imzalanıb
AMB Əbu-Dabinin Tənzimləyici Orqanı ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
İlahiyyat İnstitutu və Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Boks Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər