Ötən ay DİM-in imtahanlarında 121632 nəfər iştirak edib
2025-ci ilin mart ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda ümumi 121632 nəfər iştirak edib.
APA xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Onlardan 395 nəfəri beynəlxalq imtahanların iştirakçısı olub.
Qeyd edəki ki, 6 aprel tarixində əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.
Oxşar xəbərlər
2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub
Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb
Ərizə qəbulunda iştirak etməyən məzunlar da imtahanda iştirak edə biləcək
Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Ali məktəblərə qəbul imtahanlarının vaxtı məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













