ICESCO 2025-ci il üçün “Gənc Peşəkarlar Proqramı”na qəbul elan edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
yan
2025
15:00
0
0
1 270

ICESCO 2025-ci il üçün “Gənc Peşəkarlar Proqramı”na qəbul elan edib

13 yan, 2025
15:00
1 270

ICESCO 2025-ci il üçün “Gənc Peşəkarlar Proqramı”na qəbul elan edib

Mərakeşin paytaxtı Rabatda İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) mənzil-qərargahında gənc istedadlara 24 aylıq peşəkar təlim keçmək üçün unikal imkan verəcək II “Gənc Peşəkarlar Proqramı”nda iştirak üçün müraciətlərin qəbulu elan edilib.

Bu barədə “Sizinxeber.az” təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir.

Proqram gənc mütəxəssislərin liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlib. Bu, ICESCO-nun İslam dünyasında təhsil, elm və mədəniyyət sahələrinin modernləşdirilməsi üzrə strateji məqsədlərinə uyğundur.

Proqramda iştirak şərtləri: təşkilata üzv dövlətlərdən birinin vətəndaşı olmaq; müraciət verildiyi tarixdə 35 yaşdan kiçik olmalı; təşkilatın fəaliyyəti ilə bağlı sahədə minimum bakalavr dərəcəsinə malik olmaq; ICESCO-nun işçi dillərindən (ərəb, ingilis və ya fransız) birini bilmək.

Proqram haqqında ətraflı məlumat üçün https://icesco.org/ux1h/ saytına daxil olmaq və ya sorğuları [email protected] ünvanına göndərmək lazımdır.

Bizimlə əlaqə saxlayın