Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur
sizinxeber.az xəbər saytı

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur


Martın 24-də Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) kosmik hava durumu monitorinqi bildirib.

“Maqnit qasırğası davam edir”, – TGİ diqqətə çatdırıb.

Yerin maqnit sahəsindəki sapma indi G4 səviyyəsinə çatıb (bu, beş indikatorlu monitorinq şkalasında “çox güclü” deməkdir, G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir).

Bu səviyyədəki maqnit qasırğası Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozuntular, habelə peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələrə yol aça bilər.

Oxşar xəbərlər

Günəşdən 2 güclü məşəl püskürür; ABŞ-da mobil telefonların kəsildiyi bildirilir (video)
XƏBƏRDARLIQ! Saat 21:00-dək telefon və planşetlərdən maksimum az istifadə edin
Günəşdə son 7 ilin ən güclü alışması olub
Güclü külək Bakı məktəblərində ciddi problemlər yaratmayıb
FHN hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər