Fransada Azərbaycan məktəbində Yeni il bayramı qeyd edilib
Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbində Yeni il bayramı qeyd edilib.
"Sizinxeber.az"un yerli bürosu bildirir ki, tədbirdə azərbaycanlı uşaqlar Azərbaycanın Dövlət himnini oxuyub, ana dilimizdə şeirlər söyləyib və mahnılar oxuyublar.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva ana dilimizi öyrənməyə böyük səy və həvəs göstərən balacaları təbrik edib və azərbaycanca söylədikləri şeirləri və nəğmələri yüksək dəyərləndirib. Səfir şagirdlərə Azərbaycan, onun tarixi, mədəniyyəti, dəyərlərini öyrənməyə göstərdikləri böyük həvəs və istəklərin alqışlayıb və beləcə davam etməyi məsləhət görüb.
Tədbir zamanı kiçik məktəblilərin əsərlərindən ibarət rəsm sərgisi də nümayiş olunub.
Qeyd edək ki, Natəvan adına məktəbdə Azərbaycan dili, musiqi, rəsm dərsləri tədris olunur. Məktəbdə 15-ə yaxın şagird təhsil alır.
Oxşar xəbərlər
Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb
Füzulidə Zəfər Günü ilə bağlı rəsm sərgisi nümayiş olunub
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Emin Əmrullayev Xankəndidə ilk dərs günündə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
