Nazir: Ali təhsil sistemində yanaşmalarımız çox köhnəlib
"Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər var".
Sizinxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi" forumunda çıxışı zamanı deyib.
"Alimlərimizin dünya elminə inteqrasiyası, dünyanın aparıcı alimlərin ölkəmizdə elmi tədqiqatlara cəlb olunması bizim üçün prioritet istiqamətdir və hesab edirəm ki, bu sahədə görüləcək işlər daha çoxdur. Xaricdən dəvət edilən alimlərlə bağlı mövcud qəliblər dəyişməlidir. Ali təhsil sistemində olan yanaşmalarımız çox köhnəlib. Pilot layihələrin işinə baxanda görünür ki, ayrılmış maliyyə bəzi bürokratik səbəblərdən təyinatı üzrə düzgün xərclənmir. Maneələr aradan qaldırılmalıdır ki, inteqrasiya prosesini sürətləndirə bilək. Aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə sıx işlər görülməlidir. Eyni zamanda, xarici alimlərin ölkəmizdə tədqiqat aparması, yaşayıb-işləməsi prosesində sənədləşmələr də sadələşdirilməlidir", - nazir bildirib.
Oxşar xəbərlər
Nazir: Xaricdən gətirilən alim bizim prosedurlardan keçmək istəmir
Nazir: Elmin inkişafı üzrə dövlət proqramı üzərində işləyirik
Emin Əmrullayev: Qarabağda təhsil və innovasiyalarla dayanıqlı inkişaf təmin ediləcək
Emin Əmrullayev: Sevindirici haldır ki, bu gün elmi işlərdə plagiata rast gəlinmir
Emin Əmrullayev İtaliyanın təhsil naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
