Nazir: Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq tarix boyu aşağı göstəricilərlə yadda qalıb
Azərbaycanda məktəbəqədər təhsilə əlçatanlıq tarix boyu aşağı göstəricilərlə yadda qalıb.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, hazırda hər iki yaşda uşaqdan birinin (1-5 yaş arası uşaqlar) məktəbəqədər təhsillə təmini hədəfdir: "Sovet dövründə bağçalarla təminat 10% olub. Hədəfimiz bunu 50 %-ə çatdırmaqdır".
Nazir deyib ki, 5 yaşda uşaqların məktəbəqədər siniflərə cəlb edilməsi də əsas məqsədlərdən biridir: "Əvvəlki illərlə müqayisədə bu göstəriciləri 30%-dən 90%-a çatdırmağa hazırlaşırıq. Hazırda uşaqların 80%-ə yaxını azı bir il məktəbəqədər təhsilə cəlb olunur".
"Məktəbəqədər təhsillə bağlı görülən işlər uzunmüdddətlidir. Çünki tez nəticə görmək mümkün deyil. İnanırıq ki, cəmiyyət nəticələri 20-25 ildən sonra görə biləcək. Əsas priotetlərdən biri uşaqların məktəbdən öncə məktəbəqədər təhsilə getməsini təmin etməkdir Hətta I sinif dərsliklərimiz belə artıq "uşaqlar məktəbəqədər hazırlıqdan gəlir" fəlsəfəsi ilə hazırlanıb", - E.Əmrullayev əlavə edib.
Oxşar xəbərlər
Emin Əmrullayev: Məqsədimiz məktəbəqədər təhsildə 3-4 yaşı əhatə etməkdir
Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil
Agentlik: 2026-cı ilədək bağçalara uşaq qəbulunun sayı artırılacaq
Gələn il bağçalarda dövlət-özəl əməkdaşlığı pilot layihə kimi tətbiq olunacaq
Agentlik: Hazırda bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













