Təhsil naziri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından danışıb
“Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə hər iki ölkədən olan gənclərimiz həm Türkiyədə, həm də Azərbaycanda təhsil almaq imkanı əldə edəcəklər”.
Bunu Türkiyənin təhsil naziri, professor Yusuf Tekin “Report”un Ankara bürosuna müsahibəsində deyib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən ilin iyun ayında Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Türkiyə-Azərbaycan Universitetinin yaradılması məsələsi gündəmə gəlib:
“Bu məsələ hələ də aktualdır”, - nazir söyləyib.
Qeyd edək ki, Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsindən Azərbaycan-Türkiyə Birgə Universitetinin fəaliyyətinin təmin edilməsi məqsədilə 10 milyon manat vəsait ayrılıb. Ali məktəbdə mühəndislik və tibb ixtisasları üzrə olmaqla 240 tələbənin təhsil alması nəzərdə tutulub.
Y.Tekinin “Report”a geniş müsahibəsini buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - CANLI YAYIM
BMU-nun yeni rektoru kimdir? - Dosye
Milli Müdafiə Universitetinin kursantlarına birdəfəlik və aylıq ödəmələr təyin edilib
Ərsin Tatar İlham Əliyevə təşəkkür etdi
Təhsil xərcləri artırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













