Beynəlxalq Yaşıl SAF 2024 iştirakçıları iqlim dəyişmələri ilə bağlı maarifləndiriliblər
Oktyabrın 25-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının ikinci günündə iştirakçılar iqlim dəyişmələri və dayanıqlılıq mövzularında təlimlərə cəlb olunublar.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, təlimlər COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən keçirilib.
Təlimçilər Bakı Dövlət Universitetinin dosenti Lalə Bayramova, Xəzər Universitetinin dosenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov və İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova olub.
Təlimlərdə iqlim dəyişikliyi, qlobal istiləşmə, iqlim dəyişikliklərinin insan həyatına zərərləri, səth sularının idarəolunması, su ehtiyatlarının ərzaq istehsalı ilə bağlılığı və digər mövzular barədə danışılıb, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
COP29 Azərbaycan Əməliyyat Şirkəti məktəblərdə dayanıqlılıq mövzusunda seminarlar keçirib
Pre-COP29-da iqlim dəyişikliyinin uşaqlara təsirləri müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











